Sumqayıtlı cəbhəçini ölkədən çıxmağa qoymadılar

"Yüksəliş Naminə” qəzetinin baş redaktor müavini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü  Elçin Həsənov Gürcüstana keçmək  istəyərkən  "Sınıq körpü” sərhəd-keçid postundan buraxılmayıb. E. Həsənov saxlanılaraq Qazax rayon polis şöbəsinə gətirilib. Hazırda şöbədə dindirilir. Onun saxlanılmasına  səbəb kimi hansısa cinayət işində şahid qismində istintaqa cəlb edilməsi göstərilir.
Qeyd edək ki, E. Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-dən 24-dək Strasburqda keçiriləcək sessiyasında iştirak etmək üçün Tbilisi aeroportundan Fransaya uçmalıymış (xeberle.com).