İsrail məmurları Moskvadakı parada getməyəcək

Mayın 9-da Moskvada keçiriləcək qələbə paradında İsrailin yüksək rütbəli məmurlarından heç biri iştirak etməyəcək. Tədbirdə bu ölkəni ancaq Moskvadakı səfir Dorit Qolender təmsil edəcək. 
Yerli KİV-lər bunu Putinin İrana S-300 raketlərinin satılmasına qoyulan qadağanı aradan qaldırması ilə izah edirlər. 
Bununla bağlı İsrailin Rusiyadakı səfirliyinin press-ataşesi bildirib ki, İsraili paradda kimin təmsil etməsi iıə bağlı hələlik rəsmi qərar yoxdur. 
azadlıq.info