Azərbaycanlı məmurlar serb nazirə də pul vəd edib

Baz nazir vurğulayıb ki, Azərbaycan şirkətləri Serbiyanın infrastruktur quruculuğuna investisiya qoymaqda maraqlıdır

 
Ekspertə görə, Azərbaycan investisiya yatırımı üçün çox əlverişsiz hala gətirildiyindən daxili kapital xaricə axır  
 
Aprelin 13-15-də Azərbaycana səfər edən Serbiyanın baş naziri Aleksandr Vuçiç vətəninə dönərkən maraqlı açıqlamalarda bulunub. Trend-in Serbiyanın rəsmi informasiya agentliyi TANCUG-a istinadən verdiyi məlumata görə, Vuçiç jurnalistlərə açıqlamasında Azərbaycana səfərinin uğurlu keçdiyini deyib.
Onun sözlərinə görə, görüşlər zamanı Serbiya müəssisələrinin, xüsusilə də neft-kimya kompleksi və aqrar sənaye kombinatlarının özəlləşdirilməsində Azərbaycan şirkətlərinin iştirakı istiqamətində də irəliləyiş əldə olunub. Vuçiç vurğulayıb ki, Azərbaycan şirkətləri Serbiyanın infrastruktur quruculuğuna investisiya qoymaqda maraqlıdırlar.
Azərbaycanda hazırda yaşanan iqtisadi durum nəzərə alınarsa onu vurğulamaq yerinə düşər ki, ölkə özü iri investisiyalara ehtiyac duyur. Amma nədənsə böhranın nəticələrinin yüngülləşdirilməsi üçün gərəkən vəsait daxildə tapılmır. Amma bu vəsait Azərbaycanın iri şirkətləri tərəfindən xaricə axıdılır. Serbiyanın baş nazirinin neft-kimya kompleksi ilə maraqlandığı nəzərə alınarsa investisiya yatıra biləcək şirkətlərdən birinin ARDNŞ ola biləcəyini ehtimal etmək olar. Xaricə 7 milyard dollar borcu olan bir şirkətin isə belə bir addım atması maraq doğurur.
Nəyə görə mənbəyi Azərbaycanın daxilindən olan vəsait ölkəmizə deyil, xaricə yatırılır?
 
Iqtisadçı Nemət Əliyev qeyd etdi ki, müşahidə olunan tendensiyada qəribə heç nə yoxdur. Çünki ölkə daxilində investisiya mühütünün dözülməz olması daxilə investisiyanı grəksiz edir: “Azərbaycan investisiya yatırımı üçün çox əlverişsiz hala gətirilib. Əgər Azərbaycanda normal iqtisadi sistem qurulsaydı, bizneslə məşğul olmaq istəyənlər Azərbaycanı əlverişli çoğrafi məkan kimi xarakterizə etsəydilər, həm daxili, həm da xarici kapital çox asanlıqla Azərbaycana axın edərdi. Amma hələ sahibkarları bir kənara qoyaq. Heç bu ölkədə yüksək post tutan məmurlar özləri Azərbaycana yatırım etmək istəmir. Bunun özü artıq ciddi səbəbdir. Əgər əlavə maliyyə vəsaiti varsa, onları gəlir gətirən sahələrə qoymaq lazımdır. Azərbaycanda inkişaf etdirilməsinə çoxsaylı zərurətlər olduğu halda nədən həmin vəsaitləri ölkəmizə qoymaq istəmirlər. Əlində az-çox pulu olan azərbaycanlı onu ölkəmizə yatırmır. Çünki Azərbaycanda normal biznes mühütü yoxdur. Azərbaycanı bir qrup insan ələ keçirib”.
N.Əliyevin sözlərinə görə, Zülfüqarlı qardaşlarının başına gətirilən oyun ölkəmizdə sahibkarlara olan münasibətin bariz nümunəsidir. “Iş adamlarının başına gətirilənləri görən hansı xarici və ya daxili sahibkar Azərbaycana investisiya yatırar. Xüsusilə bu sırada Dövlət Neft Şirkətini göstərmək olar. Hazırda böhran vəziyyətində olan mal sənayesinin investisiya yatırımlarına ehtiyacı var. Yüngül iqtisadi böhran fond bazarını sıradan çıxardı”, deyə N.Əliyev vurğuladı.
Hikmət