900 illik mumiya tapıldı

İplə sarılan insan qalığı arxeoloji qazıntı ərazisindən tapılıb
Peruda arxeoloji qazıntı aparılan sahədəki zibilikdən mumiya tapılıb. Tapılan qalıqların ən azı 900 yaşı var. 
 
İlk görünüşdən tapılan qalıqların cinayətə qurban gedən birinə məxsus olduğu güman edilib. 
Mumiya bir karton qutuya bənzər qablaşdırmanın içərisində olub. O, qalın iplərlə sarılıb. 
 
Qalıqların İnq dönəminə aid olduğu güman edilir. 
 
Mumiya zibil toplayan bir şəxsin marağı nəticəsində aşkarlanıb. O, zibillər qablaşdırmaya gedən zaman bu işlə maraqlanıb və cihaza baxıb. Bu zaman gördüyü qarşısında dəhşətə düşən şəxs onun qətlə yetirildiyini zənn edərək polisə əbər verib. 
 
Polis mumiyanın arxeoloji qazıntı sahəsindən oğurlandığını ehtimal edir. Qarətçi onu daha sonra gəlib götürmək üçün zibilə atıb. 
 
Mumiya e.ə salınan Çan Çan adlandırılan şəhərin ərazisində tapılıb. Chimu krallığı tərəfindən eradan əvvəll 850-ci ildə salınan şəhər 1470-ci ilə qədər qalıb. (ans)