Taleh Bağırzadənin məhkəməsi baş tutmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində ilahiyyətçi alim Taleh Bağırzadənin Qobustandakı qapali həbsxanaya köçürülməsi ilə bağlı Qaradağ rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılmalı idi. Amma texniki səbəblərdən Taleh Bağırzadənin məhkəməyə gətirilməməsi səbəbindən proses baş tutmayıb. Bu haqda onun vəkili Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, Qaradağ rayon məhkəməsinin qərarı qanuni qüvvəyə minməmiş Taleh Bağırzadə artıq Qobustandakı qapalı həbsxanaya köçürülüb. Bu isə ciddi qanun pozuntusudur. Orda isə həbsxana şəraiti daha ağırdır. Telefon zənglərinə, görüşlərə məhdudiyyət var. Bu isə mənəvi işgəncədir. 
Məhkəmə prosesində iştirak etmək üçün Taleh Bağırzadə dostları və Milli Şuranın sədri Cəmil Həsənli də gəlmişdi.
 
azadlıq.info