Papaya dəstək, Türkiyəyə məsləhət

İtaliya ictimaiyyətinin və bəzi müxalifət partiyalarının hökuməti soyqırım mövzusunda papanı tək buraxmaqda, onu müdafiə etməməkdə ittahm etməsindən sonra vəziyyət dəyişib və artıq  baş nazir səviyyəsində papaya dəstək ifadə edilib. Belə ki, baş nazir Matteo Renzi, 1915 hadisələrini "soyqırım" kimi xarakterizə edən papanı dəstəkləməylə yanaşı, Türkiyəni də Avropanın ortaq dəyərlərinə və ortaq fikirlərinə hörmət etməyə çağırıb. O eyni zamanda, Avropa Birliyinə qəbulun, Ankaranın öz əlində olduğunu da bildirib.
 
azadliq.info