“Oliqarxlar dövlətin düşmənidir”

Oliqarxlar Ukrayna dövlətçiliyinin düşmənidir. Bunu Gürcüstanın keçmiş prezidenti, Ukrayna prezidenti yanında beynəlxalq islahatlar şurasının rəhbəri Mixail Saakaşvili bildirib. Onun sözlərinə görə, oliqarxlar ətrafda hamını zəif və gücsüz görmək istəyir. Dövlət heç kimə dəstək verməməlidir, yalnız oliqarxlar gəlir əldə etmək və ölkənin hansı istiqamətdə hərəkət edəcəyini demək hüququna malik olmalıdırlar. Onlar başqasının itkiləri üzərinə pul qazanır. 
Saakaşvili bildirib ki, oliqarxların ölkəni qaldırması ilə bağlı deyilənlər yalandır və əslində bunun əksi baş verib. 
azadlıq.info