“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, Balakən rayonunun Katex kənd sakini, 1955-ci il təvəllüdlü Şahruddin Mollaəli oğlu Atayev elektrik cərəyanının vurması xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsindən sonra Ş. Atayevə sifətin və sol budun elektroşok travması diaqnozu qoyulub. Xəstəxananın travmatologiya şöbəsində müalicə alan Ş. Atayevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, tok Ş. Atayevi yaşadığı evdə elektrik naqillərini təmir edən zaman vurub. O, “Azərişıq” ASC Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor işləyir.
Faktla bağlı araşdırma aparılır.


