2015-ci ilin martında Rostov-na-Donu şəhərində yaşayan 1992-ci il təvəllüdlü gənc insan saxlanılıb.
İstintaqın məlumatına görə, o, Rostov, Volqoqrad və Həştərxanda sintetik narkotiklərin tədarükünə nəzarət edirmiş. Onun əlaltıları 25-30 yaşlarında üç kişi olub.
Axtarış zamanı narkopolislər 4 kiloqram reagent maddəsi tapıblar. Həmin maddədən 100 kiloqrama yaxın sintetik narkotik hazırlamaq mümkündür.
Apreldə isə Həştərxanda sintetik narkotik satan digər mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.
“Əməliyyatçılar qrupun lideri, 23 yaşlı Azərbaycan vətəndaşı, peşəkar idmançını (yunan-Roma güləşi) və 24-29 yaşlarında dörd Həştərxan sakinini saxlayıblar”, – deyə, o, bildirib.
Saxlanılan şəxslər barəsində cinayət işi qaldırılıb, araşdırma gedir.


