İŞİD hücuma keçdi

Əhalinin kütləvi şəkildə şəhəri tərk etməyə başladığı bildirilir

İŞİD terror qruplaşması yenidən İraqda hücuma keçib. Aprelin 15-dən başlayaraq terrorçular əks-hücuma keçərək Ramadi şəhərinin bir-neçə kilometrliyinə qədər çata biliblər.

İŞİD 3 kəndi ələ keçirib və şəhərin üzərinə hücuma keçməyə hazırlaşması İraq hökümətini təcili tədbirlər görməyə məcbur edib.

Əhalinin kütləvi şəkildə Ramadi şəhərini tərk etməyə başladığı bildirilir. İraq ordusu ilə yanaşı 3 minədək şiə könüllüsü şəhərin müdafiəsinə cəlb olunub. 

Hazırda İraqın bir neçə vilayəti İŞİD terrorçularının əlindədir. (ans)