Dünya Bankı Azərbaycanda demoqrafik vəziyyətlə bağlı araşdırma aparıb. Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babyev məlumat verib.
E.Babayev bildirib ki, bankı araşdırmasının nəticələri açıqlanıb. Nazir Səlim Müslümov isə deyib ki, Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 4,6 il artaraq 74,2 yaşa çatıb.
Bu ilin martında Azərbaycanda əhalinin sayı 9,6 milyonu ötüb. Nəticəyə görə, əhalinin illik artım tempi 1,3 faiz olub və Azərbaycan bu göstərici ilə Avropada ilk yeri tutub.
Azərbaycanda körpə ölümü 2,3 dəfə, uşaq ölümü isə 3,5 dəfə azalıb. Bu ilin ilk ayında doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Belə ki, 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib.
Eyni zamanda ölkədə doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatıb.
S.Müslümov deyib ki, “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsi hazırlanıb. Bu proqram layihəsində respublikada mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər əksini tapıb.


