
O, 9 yaşlı oğlunu xilas etmək üçün belə etdiyini deyib
Çində bir adam at maskası taxaraq pul müqabilində adamları belində gəzdirir.
Çen Yuntao adlı həmin şəxs bunu oğluna kömək etmək üçün edir. O, oğlunun xərçəng xəstəsi olduğunu və müalicə üçün pula ehtiyacı olduğunu deyib.
"9 yaşlı oğlum talassemiya xəstəsidir. Ona bu diaqnoz 2011-ci ildə qoyuldu. O zamandan 12 dəfə kimya terapiyası qəbul edib. Müalicə hələ davam etsə də artıq müalicə üçün pul tapa bilmirəm", – deyən ata tək çarəni dilənçilikdə gördüyünü bildirib.
38 yaşlı Çen Yuntao bütün pullarını müalicəyə xərclədiyini deyib.
"Pul verən adamlar üstümdə gəzmək istəmirlər. Onlar sadəcə pul verib gedirlər", – deyən adam ona kömək edən, pul verən hər kəsə minnətdarlıq edir. (anspress)





