Mübarək ölməyibmiş

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqini tapmadı. Həkimlərin sözlərinə görə, Mübarəkin vəziyyəti qəfildən pisləşsə də, indi qənaətbəxşdir. Misir səfirliyinin Moskvadakı mətbuat attaşesi Ayman Musa da keçmiş liderin ölüm xəbərini təkzib edib. A.Musa xəbərin yayıldığı «Twitter» hesabının saxta olduğunu, bir çox KİV-lərin orada yerləşdirilmiş məlumata inandığını bildirib. Həmin KİV-lərin arasında İranın «Fars» agentliyi, həmçinin Rusiyanın «Vesti» kanalının internet saytı da var idi.
 
Qeyd edək ki, 86 yaşlı Hüsnü Mübarək hazırda hərbi qospitalda müalicə olunur.
 
Gültəkin