«Google»a qarşı 6 milyardlıq cərimə

Dünyanın nəhəng axtarış sistemlərindən olan «Google» fantastik miqdarda cərimələnə bilər. Avropa Birliyinin Antiinhisar Xidməti hesab edir ki, şirkət antiinhisar qanunlarını pozub. İttiham təsdiqini tapacağı təqdirdə, «Google» 6 milyard cərimə ödəməli olacaq. «The Wall Street Journal»ın yazdığına görə, bu barədə qərar Avropa Birliyinin Antiinhisar Xidmətinin rəhbəri Marqret Vestaqerin Avropa Komissiyasının sədri Jan-Klod Yunnkerlə söhbəti zamanı qəbul edilib.
 
Gültəkin