Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb. “Report”un məlumatına görə, Goranboy rayonunun Zeybə kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Nüğəddin oğlu Kərimov piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.
Goranboy Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Elçin Cahangirov sayta açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb.
N.Kərimovun sol ayağı amputasiya olunub.


