BMT-nin hərbi bazasına hücum oldu: 3 ölü, 9 yaralı

Malidə BMT-yə məxsus hərbi bazada törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 9 sülhməramlı  yaralanıb.
 
İnsident ölkənin şimalında, Ansonqo şəhərində baş verib.
 
İlkin məlumata əsasən, terrorçu-kamikadze avtomobillə bazaya daxil olduqdan sonra güclü partlayış baş verib. Sülhməramlılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. (APA)