İyulda dollar 65 rubl olacaq

Rubl yaxın aylarda 20% ucuzlaşa bilər. Belə bir fikirlər Rayffayzenbankın analitiki Mariya Pomelnikova səsləndirib. Onun sözlərinə görə, artıq iyulda dollar 65 rubla qədər bahalaşacaq. 
Bankın açıqladığı sənəddə qeyd olunur ki, son həftələr bir qədər möhkəmlənən rubl uzun müddət stabil qala bilməyəcək. 
Ekspertlərin sözlərinə görə, yaxın aylarda ölkəyə valyuta axını azalacaq, eyni zamanda kapital axını 20 mlrd dollar təşkil edəcək. Bu da 15 mlrd dollar səviyyəsində valyuta defisitinə gətirib çıxaracaq. 
azadlıq.info