Rus qırıcıları İrəvan səmasında

İlk dəfə olaraq MiQ-29 qırıcıları İrəvandakı qələbə paradına qatılacaq
Rusiya qırıcıları ilk dəfə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş paradda Ermənistanın paytaxtı İrəvan səması üzərində uçucaq. Təyyarələr İrəvandakı Erebuni aviabazasından havaya qalxacaq. 
 
"İlk dəfə olaraq MiQ-29 qırıcıları döyüş sırası ilə İrəvan səması üzərindən uçacaq. Bundan başqa hərbi paradda 200 rus hərbçisi də iştirak edəcək", – deyə məlumatda qeyd olunur. 
 
Bundan başqa İrəvandakı parada Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının 800 hərbçisi və 20 texnikası cəlb olunacaq. Ermənistanda keçiriləcək qələbə paradına əsas məşqlər 5-7 mayda baş tutacaq. (ans)