ÇL-1/4: “Yuventus” qalib gəldi, Madriddə qol olmadı

Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib. İlk oyun günündə "Yuventus" doğma meydanda "Monako"nu qəbul edib. Görüşün favoriti hesab edilən Turin təmsilçisi 57-ci dəqiqdə Arturo Vidalın penaltidən vurduğu qolla qalib gəldi.
Ötən ilin finalçıları – "Real" və "Atletiko" bu dəfə 1/4 finalda üz-üzə gəlib. Bu dəfə oyun qolsuz bərabərliklə başa çatıb. 1/4 finalın daha iki qarşılaşması aprelin 15-də keçiriləcək.