Qiyamçıların liderlərinə qarşı sanksiyalar təklif olundu, Rusiya qarşı çıxdı
BMT Təhlükəsizlik Şurası Yəmənlə bağlı qətnamə qəbul edib. Qətnamədə Yəməndəki şiə qiyamçılarına – Husilərə silah satışına qadağa qoyulması barədə bənd əksini tapıb. Bundan sonra BMT üzvü olan ölkələrin heç biri qiyamçılara silah sata bilməyəcək.
Təhlükəsizlik Şurası həmçinin Husilərin lideri Abdul Malikin və Yəmən qvardiyasının keçmiş rəhbəri Ahməd Salehin aktivlərinin dondurulması, hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulması barədə qərarı da gözdən keçirdiyini bəyan edib. Bu qərarların yer aldığı layihələrə səs vermək istəməyən Rusiya tək Husilərin yox, ərəb koalisiyasının da cəzalandırılmalı olduğunu bildirib.
Rusiya Şuraya ayrıca qətnamə layihəsi də təqdim edib. Həmin sənəddə yerli əhaliyə yardım edilməsi və evakuasiyanın həyata keçirilməsi üçün Yəməndə bombardmanın müvəqqəti dayandırılması istənilir.
Gültəkin


