Birləşmiş Millətlər Təşkilatı Roma papası Fransiskin "soyqırım" açıqlamasına münasibət bildirib. Açıqlamada, baş katib Pan Gi-Munun Papanın mövqeyini bölüşmədiyi ifadə edilir. Baş katibin spikeri Stephan Dujarric bildirib: "Pan Gi-Mun 1915-ci il hadisələrini "bir cinayət" olaraq dəyərləndirir. Baş katib eyni zamanda, türk və ermənilərin 1915-ci ildə yaşanan hadisələri işıqlandırmaq üçün birlikdə işləməsinin əhəmiyyətli olduğunu düşünür. O, gerçəklərin ortaya qoyulmasının gələcək üçün əhəmiyyətli kəsb etdiyini, bənzər hadisələrin önlənməsi üçün zəruri olduğunu düşünür". azadliq.info


