Azərbaycan parlamentinin nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olub. Milli Məclisin nümayəndə heyətinə deputat Fəttah Heydərov rəhbərlik edib. Səfər çərçivəsində o Səudiyyə parlamentinin sədrinin müavini Amin Əl – Cəəfri ilə görüşüb. Görüş zamanı iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və genişləndirilməsi müzakirə olunub. Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Səudiyyə Ərəbistanının Yəməndə keçirdiyi hərbi əməliyyatlarla bağlı ölkəmizin dəstək verdiyini bildirib. Sədfrlə bağlı məlumatı Səudiyyə Ərəbistanının “Arab News” qəzeti yayıb.
azadlıq.info