ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxardı

ABŞ prezidenti Barak Obama, Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarmaqla bağlı qərar qəbul edib. Xatırladaq ki, bir neçə gün öncə Obama  Kuba prezidenti Raul Kastro ilə ikitərəfli münasibətlərlə bağlı telefon müzakirəsi aparmışdı. Obama eyni zamanda, Kubaya tətbiq olunan sanksiyaların da artıq mənasız olduğunu bildirmişdi.
 
azadliq.info