Daha 5 nəfər xəsarət alıb Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 12-də saat 21 radələrində Lənkəran rayonunda rayon sakinləri Rəhman Sadıqovun idarə etdiyi “VAZ-21074” və Şamil Qasımovun idarə etdiyi Lənkəran rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Sadıqovun sərnişinlərindən qızı Zəhra hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.


