Obamanın qatı əleyhdarı da namizəd oldu

Respublikaçıların «yüksələn ulduzu» sayılan Rubioya görə, Klinton «dünənin lideri»dir
 

ABŞ prezidentliyinə daha bir namizədin adı bəlli olub. Bu, Florida ştatının senatoru, respublikaçı Marko Rubiodur. 43 yaşlı Rubionu Respublikaçılar Partiyasının «yüksələn ulduzu» adlandırırlar. Namizədliyini aprelin 13-də rəsmən elan edən M.Rubio bildirib ki, Ağ Evin sahibi olmaq üçün unikal keyfiyyətlərə malikdir.
 
Rubionun namizədliyini qyimətləndirən «Assoşigyted press» bildirib ki, respublikaçılar uzun illərdən bəri ilk dəfə gələсəyin partiyası olmaq şansı əldə ediblər. Mark Rubio hazırkı prezident Barak Obamanın siyasi kursunun qatı əleyhdarı kimi tanınır. Senator son olaraq Obamanı Kuba ilə münasibətləri isitməyə çalışmaqda ittiham etmişdi.
 
Mark Rubio prezidentliyə namizədliyini verən üçünсü respublikaçıdır. Ondan əvvəl Ted Kruz və Rend Pol seçki marafonuna qoşulduqlarını elan ediblər. Demokratlardan isə Hillari Klinton ABŞ prezidenti olmağa iddialıdır. Maraqlıdır ki, Barak Obamanın «O, ABŞ üçün əla prezident olaсaq» dediyi xanım Klintonu Rubio «dünənin lideri» adlandırıb.
 
Gültəkin