Nazirlər gəlirlərini açıqladılar

Ukraynada bütün nazirlər illik gəlirlərini açıqlayıblar. Gəlir deklarasiyalarından məlum olur ki, ötən il ən çox gəliri olan ölkənin maliyyə naziri, ən az gəliri olan isə aqrar siyasət naziridir. Gəlirlər üzrə ardıcıllıq aşağıdakı kimidir:
 
1. Maliyyə naziri Natalya Yaresko – 2 milyon dollar;
 
2. Baş nazirin müavini Valeri Vaşevskiy – özü 36,4 mln. qrivna, ailəsi 2,8 mln. qrivna;
 
3. İqtisadi inkişaf naziri Ayvaras Abromaviçus – 15,6 mln. qrivna;
 
4. Ekologiya naziri İqor Şevçenko – 3,17 mln. qrivna;
 
5. Ədliyyə naziri Pavel Petrenko – 3 mln. qrivna;
 
6. Baş nazir Arseni Yatsenyuk – 1,1 mln. qrivna;
 
7. Baş nazirin müavini, regional inkişaf naziri Gennadiy Zubko – 1,05 mln. qrivna;
 
8. Səhiyyə naziri Aleksandr Kvitaşvili – 82,5 min dollar;
 
9. Daxili işlər naziri Arsen Avakov – İtaliyadakı biznesindən gəliri 65,3 min avro, Ukraynadakı gəliri 222 min qrivna, ailəsinin gəliri 1,56 mln. avro;
 
10. Enerji və kömür sənayesi naziri Vladimir Demçişin – 773,4 min qrivna;
 
11. İnfrastruktur naziri Andrey Pivovarskiy – 605 min qrivna;
 
12. Müdafiə naziri Stepan Poltorak – 464 min qrivna;
 
13. Sosial-siyasət naziri Pavel Rozenko – 408 min qrivna;
 
14. Təhsil naziri Serqey Kvit – 329 min qrivna;
 
15. İnformasiya siyasəti naziri Yuri Stets – 226 min qrivna;
 
16. Mədəniyyət naziri, baş nazirin müavini Vyaçeslav Kirilenko – 177 min qrivna;
 
17. Gənclər və idman naziri İqor Jdanov – 160 min qrivna;
 
18. Nazirlər Kabinetinin naziri Anna Onişenko – 107 min qrivna;
 
19. Xarici işlər naziri Pavel Klimkin – 99,7 min qrivna;
 
20. Aqrar siyasət naziri Aleksey Pavlenko – özü 25 min qrivna.
 
Bir müddət əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko da 2014-cü il üçün gəlir bəyannaməsini, həmçinin banklarda və digər maliyyə
 
qurumlarında malik olduğu aktivlərin miqdarını açıqlamışdı. Gəlir bəyannaməsində P.Poroşenkonun 2014-cü il ərzində 368,9 milyon qrivna gəlir əldə etdiyi qeyd olunmuşdu.
 
Gültəkin