Donbası müzakirə etdilər

Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında növbəti telefon danışığı olub. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib. Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər, həmçinin əsirlərin dərhal azad edilməsinin vacibliyini vurğulayıblar. “Poroşenko danışıq zamanı qeyd edib ki, separatçılar Donbasda atəşkəsin rejimin pozur və ağır texnikanın geri çəkilməsinə dair razılaşmaya məhəl qoymurlar”, məlumatda deyilir.