İraqda "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Abu Maria kimi tanınan liderlərindən biri qətlə yetirilib. İran dövlət telekanalının (İRİB) yayımladığı xəbərdə terrorçunun Tikrit şəhərinin şimal-şərqində öldürüldüyü bildirilib. O, İraq Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. (APA)


