
Keçən həftə Rusiyaya məxsus SU-27 döyüş təyyarəsinin Baltik dənizi üzərində kəşfiyyat uçuşu keçirən RC-135U tipli Amerika təyyarəsinə yaxınlaşması iki ölkə arasında qalmaqala səbəb olub. ABŞ Rusiyanın bu hərəkətini "Təhlükəli və peşəkarlıqdan uzaq" addım kimi dəyərlənidirib. Pentaqon sözçüsü Mark Rayt: "Havada peşəkarlıqdan uzaq hərəkətlər, hadisənin içində olan bütün təyyarə heyətinə ciddi təhlükə yaradır. Daha əhəmiyyətlisi, bir pilotun diqqətsiz hərəkətləri, ölkələr arasında münasibətlərin gərginləşməsinə də səbəb olur”,-deyə Pentaqon sözçüsü bildirib.
azadliq.info


