2015-ci ilin ilk 3 ayı ərzində Səhiyyə Nazirliyinə daxil olan 439 şikayət Hüquq və daxili nəzarət sektoru tərəfindən araşdırılıb. Nazirlikdən APA-ya verilən məlumata görə, araşdırma zamanı pozuntu faktları ilə bağlı 33 tibb işçisi barədə tədbirlər görülüb.
1 məlumat üzrə cinayət xarakterli pozuntu faktı aşkarlandığından toplanmış materiallar Baş Prokurorluğa göndərilib.


