Rusiya ərazisi necə izlənilir?

Rusiyanın kosmik kəşfiyyat mərkəzinin mütəxəssisləri bu yaxınlarda ölkə ərazisini izləyən radiotexniki kəşfiyyat peyklərinin birləşməsini aşkar ediblər. Bu barədə Rusiya kosmik qoşunlarının komandanı general-mayor Maydanoviç məlumat verib. O, bildirib ki, bu birləşmə Rusiya ərazisində radiotexniki vasitələrin izlənilməsini təmin etmək məqsədilə yaradilib. General bu peyklərin hansı ölkəyə mənsub olduğu sualına, cavab verməkdən yayınıb. O, xüsusilə vurğulayıb ki, kosmik obyektlərə nəzarət etmək asan məsələ deyil, illərlə kosmik tullantı hesab edilən obyekt, birdən birə başlayıb casus-peyk kimi çalışmağa .General vurğulayıb ki, bu peyklər Rusiyanın radioelektron vasitələri arasında rabitə kanallarını, RLS siqnallarını tutmaq məqsədilə istifadə edilir. Ekspertlər isə aşkar edilmiş casus-peyklərin ABŞ məxsus olduğunu iddia edirlər.
 
azadlıq.info