
Barak Obama ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi düşünən Hillari Klintonla bağlı fikirlərini bölüşüb. H.Klintonla dostluğundan danışan Obama onun ABŞ üçün əla prezident olacağını bildirib.
ABŞ-ın keçmiş birinci xanımı, senatoru və dövlət katibi Hillari Klintonun aprelin 13-də namizədliyini rəsmən elan edəcəyi bildirilir. 68 yaşlı Klintonun seçicilər arasında böyük nüfuza malik olduğu bildirilir. Demokratlar arasında ciddi rəqibi olmayan xanım namizəd seçki kampaniyasında sosial şəbəkələrdən geniş istifadə edəcəyini bildirib.
Məsləhətçilərinin verdiyi məlumata görə, Klinton seçki platformasında əsasən orta təbəqənin, çalışan qadınların və gənc nəslin iqtisadi problemlərini əsas götürəcək: «O, həmçinin Konqreslə münasibətlərini yoluna qoya biləcəyini bəyan edəcək».
Bəzi ekspertlər isə hesab edir ki, Klintonun yürütdüyü siyasət orta təbəqənin yox, Vaşinqton bürokratiyasının inkişafına xidmət edəcək.
Gültəkin


