Türk əsgərlərə hücum edildi

PKK terror təşkilatı türk əsgərlərə atəş açıb. PKK terrorçuları Ağrının Diyadin bölgəsində ağac əkmə tədbirləri üçün təhlükəsizlik hazırlıqları görən əsgərlərə atəş açıblar. Qarşıdurma nəticəsində 4 türk əsgərin yaralandığı bildirilib. Atışmanın hələ də davam etdiyi və bölgəyə çox sayda əsgərin cəlb olunduğu deyilir. Kəşfiyyatçılar və hərbi helikopterlər də əraziyə yollanıblar. İtkilər barədə hələlik ətraflı məlumat verilmir. 
 
(ans)