Daxili İşlər Nazirliyinin əməkdaşı dövlətə məxsus avtomobillə qəzaya düşüb. Hadisə Nəsimi rayonu, M.Rəfili küçəsində baş verib. Bakı sakini Vüqar Əliyevin idarə etdiyi "Ford" markalı avtomobillə, nazirliyin Mərkəzi bazasının manqa komandiri, polis serjantı Ramil Əliyevin idarə etdiyi, bazaya məxsus "Hyundai HD-65" markalı 99 JG 478 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillər zədələnib. (qafqazinfo.az)


