Mayın 9-da qələbənin 70 illiyi münasibətilə Rusiyada keçiriləcək parada Cənubi Koreya prezidenti Pak Kın Xe də qatılmayacaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Moskvadakı paradda Cənubi Koreyanı prezidentin xarici məsələlər üzrə xüsusi məsləhətçisi, deputat Yun San Xyon təmsil edəcək.
Yerli mətbuatın yazdığına görə, prezident Pak Kın Xe paradla bağlı qərar verərkən Ukraynadakı vəziyyəti və ABŞ, Almaniya kimi ölkələrin bu tədbirə qatılmayacağını diqqətə alıb.
Gültəkin