Ərdoğanın 18 milyonluq gəmisi

Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın mal varlığı ilə bağlı yeni məlumat yayıb. «Dəniz» informasiya agentliyinin məlumatına görə, B.Ərdoğan özünə 18 milyon dollara yeni gəmi alıb: «Ata yurdu Rizədə qatıldığı bir proqramda uşaqkən pulsuzluqdan top ala bilmədiyini və bu səbəbdən daşla, su şüşəsinin qapaqları ilə top oynadığını deyən Bilal Ərdoğanın ticari həyatındakı sürətli yüksəliş davam edir. Bilal Ərdoğan qardaşı Mustafa Ərdoğan və yeznəsi Ziya İlgənlə ortaq olduğu «BMZ Group Dənizçilik və İnşaat» şirkəti üçün dəyəri 46 milyon 800 min lirə (18 milyon dollar) olan gəmi alıb. Uzunluğu 140, eni 17 metr olan gəmi M/T POET QABIL adını daşıyır».
 
Gültəkin