
Bunu "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov deyib.
O bildirib ki, doppinq məsələsinə çox ciddi nəzarət olunmalıdır. “Elə etməliyik ki, öz vətənizimdə, öz şəhərimizdə biabır olmayaq. Bu məsələlərlə bağlı heç kim heç kimə kömək etməyəcək. Çox ciddi şəkildə bu məsələ nəzarətdə saxlanılmalıdır”.
Azad Rəhimov qeyd edib ki, idmançılarda dopinq aşkarlanmaması üçün federasiyalarla da danışıqlar aparmaq lazımdır. (azvision.az)