Jurnalist bildirir ki, o belə nəticəyə Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşlarından birinin hazırladığı hesabatla tanış olandan sonra gəlib. Hesabatda qeyd olunub ki, Rusiya FTX-nin zabiti prezidentin təyyarəsinə uzaqdan idarə olunan partlayıcı yerləşdirib. Bu işdə ona polşalı köməkçiləri də yardım edib.
Jurnalistin sözlərinə görə, hesabatın tam dəqiq olduğuna əminlik olmasa da, onun Polşa və Rusiyanın hakim dairələrində ciddi əlaqələrə malik şəxs tərəfindən hazırlandığını demək mümkündür.
Jurnalist hesab edir ki, cinayətin motivi aydındır. Kaçinski Kreml və Putinin əleyhinə çıxış edirdi, həmçinin “Qazprom”la çoxmilyardlıq müqavilənin əleyhinə çıxırdı.
azadlıq.info