Respublikaçı senator Rend Pol bu ilin payızında ABŞ-da keçiriləсək prezident seçkilərində namizəd olaсağını rəsmən elan edib. Təxminən iki həftə əvvəl senator Ted Kruz da prezident seçkilərinə qatılaсağını bəyan etmişdi. Liberal görüşlü R.Pol amerikalılara şəxsi azadlıqlarını geri qaytarmaq, həmçinin hökumətin təsir dairəsini məhdudlaşdırmaq vədi verib. Onun təbliğat plakatlarında «Vaşinqton maşınına qalib gəlmək» və «Amerika xəyalını gerçəkləşdirmək» şüarları əks olunub. R.Pol çıxışı zamanı demokratlarla yanaşı, respublikaçıları da tənqid edib. O bildirib ki, onun respublikaçı silahdaşları da, hakimiyyətə gələndə «Vaşinqton maşınının» təsiri altına düşüblər. Senator onlardan fərqlənəcəyini və bu yolla getməyəcəyini bildirib.
Gültəkin