Daha dörd nəfər AzTV-dən çıxarıldı

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) ixtisarlar davam edir. AzNews.az xəbər verir ki, dünən axşam saatlarında bu qurumun daha dörd əməkdaşının işinə xitam verilib. Məlumata əsasən, AzTV-nin bədii rəhbəri, rejissoru Etibar Babayev, televiziyada tanınmış rejissor Elnur Məmmədov və "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və adı açıqlanmayan montajçı işdən kənarlaşdırılıb.
 
Hər 4 şəxsin öz ərizəsi ilə işdən ayrıldığı deyilir.