Yəməndən Rusiyaya ittiham

Yəmənin Xarici İşlər Nazirliyi Rusiyanı üsyançı-hüsilərə gizli silah verməkdə ittiham edir. Bu barədə yerli informasiya agentliyinə xarici işlər naziiri Riyad Yassin danışıb. Nazirin sözlərinə görə, Rusiyadan vətəndaşları təxliyə etmək üçün gələn təyyarədə silah olub və bu silahlar üsyançılara verilib.
Diplomat rəsmi Moskvanı bu situasiya aydınlq gətirməyə və Yəməndəki qarşıdurmaya qarşımamağa çağırıb.
Rusiya tərəfi artıq bununla bağlı mövqeyini bildirib. Xarici işlər nazirliyinin rəsmisi məlumatın həqiqətə uyğun olmadığını və təyyarənin yalnız mülki vətəndaşları Yəməndən çıxarmaq üçün bu ölkəyə getdiyini bildirib.

azadlıq.info