Aprelin 1-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbəəsi ləğv edilib. 40 nəfər işçinin çalışdığı bu mətbəədə, onlarla adda məhsul çap edildiyi bildirilir. Mənbənin "Azadlıq"a verdiyi məlumata görə, yaxın yünlərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində çalışan 44 min işçinin 22 mini ixtisara düşəcək, qalan 22 min işçinin isə iş saatı 4 saata endiriləcək. Mənbə hətta iş saatının 4-ə salınması ilə bağlı işçilərdən ərizə alındığını da iddia edir.
azadliq.info