Ərdoğanın keçmiş naziri 2 çamadan pulla yaxalandı

Türkiyədəki «Böyük rüşvət əməliyyatının» əsas «qəhrəmanlarından» olan keçmiş nazir (Avropa Birliyi üzrə) Egemen Bağış Londonun «Heathrow» hava limanında 2 çamadan pulla yaxalanıb. Bu iddia ilə CHP-nin İstanbul birinсi dairədən millət vəkilliyinə namizədi Barış Yarkadaş çıxış edib. B.Yarkadaşın sözlərinə görə, London polisi pulu müsadirə edərək E.Bağışla bağlı araşdırma başladıb. CHP üzvü olan Yarkadaş həm də Türkiyənin tanınmış jurnalistlərindəndir.
 
Qeyd edək ki, 2013-cü ildə Türkiyədə keçirilən «Böyük rüşvət əməliyyatının” dosyesi açıqlananda E.Bağışın 1.5 milyon dollar rüşvət aldığı bildirilirdi.
 
Gültəkin