Həbsdə olan jurnalist Pərviz Həşimlinin səhhətində problem var.
Bu barədə Moderator.az-ı jurnalistin ailəsi məlumatlandırıb. Məlumata görə, evlə əlaqə saxlayan jurnalist səhhəti ilə bağlı şikayətini dilə gətirib:
“Pərviz havaların soyuq keçməsi və yataqxanalarında istilik sisteminin olmaması səbəbi ilə möhkəm soyuqladığını bildirdi. Özünü pis hiss etdiyini vurğulayan Pərviz səhhətindəki problemlərdən danışdı.
Təbii ki, onun bu açıqlaması bizdə də ciddi narahatlıq doğurub. Ümid edirik ki, Pərvizə lazımi tibbi yardım göstəriləcək və o, yaxın günlərdə öz sağlamlığına qovuşacaq”.