5 aprel “Talana son” mitinqinin təşkilatçıları qismində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı aprelin 3-də Bakı Şəhər Baş Polis İdarəsində rəis müavini Səhlab Bağırovla görüşüblər.
Görüş barədə azadliq.info-ya məlumat verən F.Qəhrəmanlı deyib ki, rəis müavini mitinqin təhlükəsiz şəraitdə keçməsi üçün polisin lazım olan bütün tədbirləri görəcəyini bildirib və təşkilatçılardan da bu məqsədlə sayıqlıq göstərmələrini istəyib. Təşkilatçılar rəis müavinini əmin ediblər ki, mitinqin dinc və təhlükəsiz şəraitdə keçməsi üçün vacib olan köməkliyi göstərəcəklər.
F.Qəhrəmanlı qeyd edib ki, iştirakçılar meydana əvvəllər olduğu kimi poisin təhlükəsizlik yoxlamasından keçərək daxil olacaqlar. Meydan da isə aksiyanın təhlükəsizliyinə polislə yanaşı Mitinq Komitəsinin mühafizə dəstəsi də nəzarət edəcək. Odur ki, aksiyada iştirak etmək istəyənlər hər hansı təhlükəsizlik qayğısı keçirməsinlər.