Türkiyədə 9 azərbaycanlı həbs edilib

Onlar qanunsuz fəaliyyət göstərən mətbəədə yaxalanıblar 
 
Türkiyədə hüquq-mühafizə orqanları qanunsuz fəaliyyət göstərən mətbəə aşkarlayıb. “İhlas” xəbər agentliyinin məlumatına görə, Kocaelinin Gebze rayonunda qeyri-qanuni kitab çapı ilə məşğul olan dəstənin fəaliyyəti ilə bağlı polisə məlumat daxil olub.
 
Dərhal mətbəəyə basqın edən polis əməkdaşları oradan qanunsuz çap edilən 2 min 848 ədəd kitab götürüb. Bundan başqa məlum olub ki, mətbəədə işləyənlərin hamısı azərbaycanlıdır. Azərbaycan vətəndaşı olan 9 işçi də saxlanılaraq polis bölməsinə aparılıb.
 
Araşdırmalar davam etdirilir. (Lent.az)