Yəməndə üsyançı Husilərə qarşı hərbi əməliyyat başladan koalisiya qüvvələri, Rusiyaya aid təyyarənin Səna Hava limanına enişinə icazə verməyib. Yəməndə olan Rusiya vətəndaşlarının təxliyə olunması üçün Sənaya gəldiyi bildirilən təyyarənin, Qahirəyə istiqamətləndirildiyi bildirilir. "Tass"a açıqlama verən Rusiyanın Yəməndəki səfirliyi, Qahirə hava limanına eniş edən təyyarənin yenidən Sənaya qayıtması üçün Səudiyyə Ərəbistanından icazə gözlədiklərini bildirib.
azadliq.info