“Synergy Group” ASC-yə daxil olan iki şirkətin ləğvi barədə qərar qəbul edilib. Holdinqin ofisində bu qərarın səbəblərini şərh etməyiblər. Ləğv edilən şirkətlərdən biri “Netsolutions” MMC 2011-ci il aprelin 1-də təsis edilib. İki təsisçisindən biri “Synergy Group” ASC-nin törəmə şirkəti olan “Sybernet” MMC-dir.
İkincisi, “Exclusive Dining” MMC 2012-ci ilin iyununda təsis edilib.
Qeyd edək ki, “Synergy Group” ASC 2010-cu ildən fəaliyyət göstərir və səhmlərin 99%-nin sahibi Kamil Əşrəfovdur. Qrupa 30-a yaxın şirkət daxildir. 2013-cü ildə şirkətin gəliri 15,5 mln. manat, maliyyə zərəri 20 mln. manat olub.
“Sybernet” MMC 2004-cü ildə təsis edilib və ölkənin ən aprıcı İT şirkətlərindən biridir.
“Ataholding” ASC-nin 2011-ci il üçün hesabatında deyilir ki, həmin il bu şirkət (“Sybernet”MMC) nominal dəyəri ilə holdinqin başqa təsisçilərinə satılıb.
“Ataholding” ASC-yə prezident İlham Əliyevin 19 yaşlı oğlu Heydər Əliyev nəzarət edir. (contact.az)


