İŞİD-dən növbəti vəhşilik

İŞİD terror qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən “Yarmuk”  qaçqın düşərgəsinə hücum ediblər. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, şahidlər düşərgənin böyük hissəsinin silahlıların nəzarətinə keçdiyini bildirir.
 
Məlumata görə,  düşərgənin ərazisində şiddətli döyüşlər davam edir.  
 
BMT-nin məlumatına görə, düşərgədə 18 min nəfərin məskunlaşıb.
 
İtkilər barədə məlumat hələlik verilmir.