Türkiyədə təyyarə həyəcanı

İstanbul-Lissabon istiqamətində hərəkət edən Türk Hava Yollarına aid sərnişin təyyarəsi havaya qalxandan yarım saat sonra salonda şübhəli bir cihaz aşkarlandığına görə yenidən Atatürk Hava Limanına geri dönüb. Göyərtəsində 170 sərnişin olan təyyarə hava limanına geri dönəndən sonra polis təyyarə ətrafında geniş təhlükəsizlik tədbirləri görməyə başlayıb. Türk Hava Yollarından verilən məlumata görə, Portuqaliyaya gedən 170 sərnişinin başqa bir təyyarə ilə İstanbuldan Lissabona yola salınacaq.
 
azadliq.info